Britaniya səfirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Britaniya səfirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib Novruz bayramı ilə əlaqədar səfirliyin viza şöbəsi iki gün bağlı olacaq
Xarici siyasət
18 Mart , 2015 10:34
Britaniya səfirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Bakı. 18 mart. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkəyə Novruz bayramı günlərində səfər etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

"Report"un Böyük Britaniya səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, Novruz bayramı ilə əlaqədar 20-27 mart tarixlərində Bakı və İstanbul arasında sənədlərin qəbulu və geri göndərilməsində bəzi gecikmələr ola bilər.

"Vizanın verilmə müddətini tezləşdirən "prioritet viza" (priority visa) xidmətə baş vuranların sənədlərinə hər zaman olduğu kimi daha tez baxılacaq, lakin bu halda da ümumi prosedurda gecikmələr yarana bilər", - səfirlikdən bildirilib.

Məlumatda o da bildirilib ki, səfirliyin viza şöbəsi 20 və 23 mart tarixlərində bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi