Britaniya səfiri: “Regionda dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”

Britaniya səfiri: “Regionda dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik” “Biz keçənilki münaqişlədən sonra əməkdaşlıq, qarşılıqlı hörmət əsasında regionda daha yaxşı və dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”.
Xarici siyasət
15 Noyabr , 2021 11:23
Britaniya səfiri: “Regionda dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”

“Biz keçənilki münaqişlədən sonra əməkdaşlıq, qarşılıqlı hörmət əsasında regionda daha yaxşı və dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

Bakıda 1918-1919-cu ildə həlak olan britaniya hərbçilərinin şərəfinə ucaldılan abidəni ziyarətdən fotolar paylaşan diplomat Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova təşəkkür edib: “Həmkarım Elin Süleymanova münaqişə nəticəsində həlak olanların xatirəsini anım mərasiminə qatıldığına görə təşəkkür edirəm”.

Son xəbərlər

Orphus sistemi