Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.
"Report"un məlumatına görə, bu barədə səfir tviterdə yazıb.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ekologiya naziri Muxtar Babayev ilə birgə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə tədbirində iştirak etdim. Ətraf mühit üçün faydalı bir gün oldu”, - paylaşımda deyilir.