Britaniya parlamentinin komitə sədri Azərbaycanda mina təhlükəsi barədə məlumatlandırılıb

Britaniya parlamentinin komitə sədri Azərbaycanda mina təhlükəsi barədə məlumatlandırılıb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kearns ilə görüşüb.
Xarici siyasət
22 iyun 2023 18:40
Britaniya parlamentinin komitə sədri Azərbaycanda mina təhlükəsi barədə məlumatlandırılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniya parlamentinin İcmalar palatasının Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.

Görüş zamanı parlamentlər çərçivəsində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsi, mina təhlükəsi və münaqişədən sonrakı normallaşma prosesi əsas müzakirə mövzuları olub.

Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.


Son xəbərlər

Orphus sistemi