Bricit Brink: "ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır"

Bricit Brink: "ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır" Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ Azərbaycanda ölkə Konstitusiyasına uyğun olaraq, azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır.
Xarici siyasət
7 Fevral , 2018 14:45
Bricit Brink: ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır
ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink / Report

Bakı. 7 fevral. REPORT.AZ/ "ABŞ Azərbaycanda ölkə Konstitusiyasına uyğun olaraq, azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink Bakıda keçirilən mətbuat konfransında deyib.

"Həmişə deyirik ki, ABŞ seçki kampaniyaları çərçivəsində bütün əsas azadlıqları dəstəkləməyə sadiqdir. İnsan hüquqları və əsas azadlıqlara riayət olunması, enerji təhlükəsizliyi və digər vacib məsələlər Azərbaycanla münasibətlərimizin əsas şərtlərindən biridir", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, insan hüquqlarına hörmət, korrupsiyaya qarşı mübarizə tədbirləri və qanunun aliliyi Azərbaycanda biznesin inkişafı və sabitliyin qorunması üçün vacib amillərdir.

Son xəbərlər

Orphus sistemi