Yuxarı
    Bağlamaq

    Bricet Brink: "ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir"

    Qarabağ münaqişəsinin həlli hamının marağındadır

    Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir".

    "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink deyib.

    B.Brink ATƏT-in Minsk qrupunun səylərini yüksək qiymətləndirib, qrupun öz işində yüksək fəallıq nümayiş etdirdiyini bildirib. Eyni zamanda, ABŞ dövlət katibinin köməkçisinin müavini Minsk qrupunun danışıqlar prosesində vasitəçi olduğunu, münaqişənin həllinin birbaşa tərəflərdən asılı olduğunu söyləyib: "Minsk qrupu bu prosesi dəstəkləyir. Qarabağ münaqişəsinin həlli hamının - Azərbaycanın, Ermənistanın, region ölkələrinin, eləcə də ABŞ-ın marağındadır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi