Yuxarı

Bricet Brink: "ABŞ Azərbaycanla münasibətləri dərinləşdirmək niyyətindədir"

ABŞ bu ölkə ilə uzunmüddətli dostluq əlaqələrini qiymətləndirir

Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ Azərbaycanla uzunmüddətli dostluq əlaqələrini qiymətləndirir və gələcəkdə də bu münasibətləri davam etdirib dərinləşdirmək niyyətindədir".

"Report" xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink deyib.

O, jurnalistlərə müsahibəsində Azərbaycana son səfərindən ötən 6 il ərzində baş verən müsbət dəyişiklikləri qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı ölkə prezidenti, xarici işlər naziri, milli təhlükəsizlik üzrə müşavir, müxalifət və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər keçirilib. B.Brink bildirib ki, ABŞ bir sıra sferalarda, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, demokratiya və insan hüquqları sahələrində Azərbaycanla əlaqələri möhkəmləndirmək niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi