Braziliyanın Katolik Universitetinin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Braziliyanın Katolik Universitetinin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib Qonaqlara Azərbacyan haqqında qısa film nümayiş etdirilib və məlumat qovluqları paylanılıb
Xarici siyasət
8 May , 2017 19:21
Braziliyanın Katolik Universitetinin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfirliyində, bu ölkənin Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və universitetin professor-doktoru Leyla Bijosla (Leila Bijos) görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqqında, eləcədə Azərbaycan iqtisadiyyatı, xarici siyasəti, həyata keçirilmiş və icrada olan regional və beynəlxalq layihələr haqqında geniş məlumatı ehtiva edən təqdimatdan sonra məmurlarla birlikdə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını ətraflı müzakirə edib.

Səfir Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları braziliyalı hüquqşunasların diqqətinə çatdırıb.

Tədbir zamanı çoxsaylı suallar cavablandırılıb, qonaqlara Azərbaycan haqqında qısa film göstərilib və məlumat qovluqları paylanılıb.

Son xəbərlər

Orphus sistemi