Braziliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Braziliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Təyyarə qəzası ilə əlaqədar Braziliyada üçgünlük matəm elan olunub
Xarici siyasət
30 Noyabr , 2016 15:44
Braziliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın Azərbaycandakı səfirliyində təyyarə qəzası ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report"a Braziliyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Ümumiyyətlə, təyyarə qəzası ilə əlaqədar Braziliyada üçgünlük matəm elan olunub. 

Xatırladaq ki,  noyabrın 29-da göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə yollanıblar.

Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Aviaqəzadan 6 nəfər sağ qalıb, lakin onlardan 2-si sonradan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi