Bakı. 5 iyun. REPORT.AZ/ Braziliyanın Azərbaycandakı yeni səfiri olmağa namizədin adına aydınlıq gəlib.
"Report" Braziliya Federal Senatının rəsmi saytına istinadən xəbər verir ki, senatorlar iyunun 9-da Manuel Adalberto Karlos Monteneqro Lopes da Krusun bu vəzifəyə namizədliyini müzakirə edəcəklər.
Namizədliyinin təsdiqlənəcəyi təqdirdə, da Krus Braziliyanın Azərbaycandakı hazırkı səfiri Santyaqo Luis Bento Fernandez Alkasarı əvəzləyəcək.