Braziliyada Ermənistanın təhlükəli siyasətindən danışılıb

Braziliyada Ermənistanın təhlükəli siyasətindən danışılıb Braziliyanın nüfuzlu TV Comunitaria telekanalında səfir Elxan Poluxovun ölkəmizə həsr edilən müsahibəsi efirə gedib.
Xarici siyasət
3 Oktyabr , 2020 06:10
Braziliyada Ermənistanın təhlükəli siyasətindən danışılıb

Braziliyanın nüfuzlu TV Comunitaria telekanalında səfir Elxan Poluxovun ölkəmizə həsr edilən müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyindən “Report”a verilən məlumata görə, müsahibə çərçivəsində Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb. Qeyd olunub ki Ermənistan rəhbərliyinin həyata keçirtdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlara son qoyub və təcavüzkar siyasətin davamıdır.

Səfir vurğulanıb ki bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır və dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb. Azərbaycanın danışıqları yalnız danışıq məqsədləri üçün aparmaqdan imtina etdiyi mövqe də tamaşaçıların nəzərinə çatdırılıb.

30 dəqiqə davam edən müsahibə Braziliyanın geniş auditoriyasının diqqətini çəkib və ölkəmiz haqqında gedən silsilə proqramların növbəti bir hissəsi olub.

Son xəbərlər

Orphus sistemi