Braziliyada Azərbaycana həsr olunan fotosərgi keçirildi

Braziliyada Azərbaycana həsr olunan fotosərgi keçirildi 2020-ci ilin 18 avqust tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində i
Xarici siyasət
20 Avqust , 2020 00:14
Braziliyada Azərbaycana həsr olunan fotosərgi keçirildi

2020-ci ilin 18 avqust tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, açılış nitqində səfir Elxan Poluxov Azərbaycan-Braziliya və xüsusi ilə Qoyas ştatı ilə inkişaf edən əlaqələrdən danışmış, bu sərginin son illər ərzində sayca üçüncü olduğunu qeyd edib. Əyalət ilə iqtisadi, elmi, humanitar və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini vurğulayaraq, gələcək planlara dair fikirlər səsləndirib. Çıxış zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazilərinin işğal altında olduğu, tariximizə, mədəniyyətimizə Ermənistan tərəfindən vurulan ziyanlar və 12 iyul hadisələri haqqında faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sərginin açılışında Braziliya tərəfindən Qoyas ştatının Qanunverici Şurasının Prezidenti cənab Lissauer Vieira başda olmaqla, digər rəsmi şəxslər, yerli və federal deputatlar, incəsənət dairələrinin və elm ocaqlarının nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın xalçaları, təbiəti, memarlığı, həmçinin işğal altına olan torpaqlarımızın təsviri fotoları nümayiş etdirilmiş və çap materialları paylanılıb.

Tədbir çərçivəsində “İRS” jurnalının portuqal dilində sayca dördüncü nəşrinin təqdimatı keçirilmişdir. Jurnalda ölkəmizin tarixinə, mədəniyyətinə və görkəmli milli simalarına həsr olunan məqalələr ilə yanaşı, səfirliyimizin Braziliyada fəaliyyəti, keçirdiyi müxtəlif yönlü tədbirləri haqqında məlumatlar, həmçinin yerli siyasi və elmi dairələrdən olan nümayəndələrin yazıları yer alıb. Burada diplomatiyamızın 100 illiyi, Azərbaycan-Braziliya münasibətləri – parlamentlərarası əlaqələri, ölkəmizin multikulturalizm siyasəti əks etdirilmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi – Xocalı Soyqırımından bəhs edən materiallar ilə tanış olmaq mümkündür.

Qeyd olunasıdır ki, sərgi 28 avqust tarixinə kimi davam edəcək və bu müddət ərzində onu yüzlərlə insan ziyarət edə biləcək.

Həmçinin, səfər zamanı səfir Elxan Poluxov Qoyaniya şəhərində yerləşən Katolik Universitetini ziyarət edərək, tədris ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşüb, təhsil sahəsində ikitərəfli əməkdaşlıq üçün vacib olan məlumatlar ilə bölüşmüş və qarşı tərəfi maraqlandıran suallarını cavablandırmışdır. Səfər müddəti ərzində yerli mətbuatda çoxsaylı müsahibələr verilib.

Son xəbərlər

Orphus sistemi