Braziliyada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı təqdimat olub

Braziliyada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı təqdimat olub Bu gün Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.
Xarici siyasət
15 Mart , 2019 23:11
Braziliyada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı təqdimat olub

Bu gün Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.

“Report” xəbər verir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, daxili və xarici siyasəti haqqında ətraflı məlumat verib.

Bundan başqa, təqdimatda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regiondakı və dünyadakı rolu, ölkəmizin iqtisadi inkişafı işıqlandırılıb və tədbirin sonunda, səfir Elxan Poluxov tərəfindən institutda təhsil alan braziliyalı və xarici diplomatların suallarını cavablandırıb.

Tədbirdə, Braziliya Xarici Əlaqələr Nazirliyi nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutunun direktoru, səfir Gisela Podovanda iştirak edib.

Qeyd edilməlidir ki, səfirlik tərəfindən hazırlanmış, Azərbaycan haqqında müxtəlif mövzulardakı kitablar, jurnallar, bukletlər, eləcə də, müxtəlif hədiyyələr tədbir iştirakçılarına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi