Yuxarı
    Bağlamaq

    Braziliya Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəkləyir

    Xələf Xələfov: Azərbaycanla Braziliya arasında əlaqələrin səviyyəsindən məmnunam

    Bakı. 01 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Viannanı qəbul edib.

    Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Xələf Xələfov Azərbaycan ilə Braziliya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

    Hadil Fontes da Roşa Vianna isə öz növbəsində iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq, Azərbaycan ilə Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq rəsmi Bakının Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.

    Görüşdə X.Xələfov qonağa həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verib. Hadil Fontes da Roşa Vianna Braziliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi