Yuxarı
    Bağlamaq

    Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Azərbaycana səfərə gəlib

    Nümayəndə heyəti Azərbaycanın dövlət və hökumət rəsmiləri görüşlər keçirəcək

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

    "Report"un xəbərinə görə, nümayəndə heyətini hava limanında Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.

    Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın dövlət və hökumət rəsmiləri görüşlər keçirməsi nəzərdə tutulub.

    Qeyd edək ki, bu, R.Mayanın Milli Konqresin Deputatlar palatasının sədri seçildikdən ilk xarici səfəridir.

    Səfər noyabrın 2-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi