Bratislavada Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu XİN rəhbərlərinin iclası keçirilir

Bratislavada Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu XİN rəhbərlərinin iclası keçirilir Tədbirdə Elmar Məmmədyarov iştirak edir
Xarici siyasət
15 May , 2015 17:47
Bratislavada Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu XİN rəhbərlərinin iclası keçirilir

Bakı. 15 may. REPORT.AZ/ Slovakiyanın paytaxtı Bratislavada Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələri xarici işlər nazirlərinin iclası keçirilir.

"Report" xəbər verir ki, tədbirdə Şərq Tərəfdaşlığı proqramı və "Vışeqrad dördlüyü"nün XİN rəhbərləri, eləcə də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Komissiyasının Yaxın Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Han və digər yüksək vəzifəli şəxslər iştirak edir. 

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl Bratislavaya yola düşüb.  

Son xəbərlər

Orphus sistemi