Yuxarı
    Bağlamaq

    Bratislavada Şərq Tərəfdaşlığı üzrə görüş keçirilib

    Görüş zamanı iştirakçılar Şərq Tərəfdaşlığı proqramını, eləcə də onun inkişaf perspektivlərini müzakirə ediblər

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Slovakiyanın paytaxtı Bratislavada Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin ikigünlük qeyri-rəsmi görüşü çərçivəsində Şərq Tərəfdaşlığı proqramı üzrə görüş keçirilib.

    "Report" xəbər verir ki, görüşdə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, Slovakiyanın baş nazirin müavini və xarici işlər naziri Miroslav Layçak, eləcə də Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin xarici işlər nazirləri iştirak edib. 

    Aİ komissarı Y.Hanın sözlərinə görə, görüş zamanı iştirakçılar Şərq Tərəfdaşlığı proqramını, eləcə də onun inkişaf perspektivlərini müzakirə ediblər.

    Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi