Yuxarı

Britaniya səfiri: “Azərbaycanda ən iri xarici investor kimi gələcəkdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”

Britaniya xalqı Avropa Birliyini tərk etməyə səs verdi və onların iradəsinə hörmət edilməlidir

Bakı. 15 iyul. REPORT.AZ/ "Böyük Britaniya iyulun 23-də tarixində ən böyük demokratik məşğələsində iştirak edib. Biz fəxr edirik ki, Böyük Britaniyada belə əhəmiyyətli qərarların verilməsi xalqa etibar edilir".

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bildirib.

Diplomat qeyd edib ki, Britaniya xalqı Avropa Birliyini tərk etməyə səs verib və onların iradəsinə hörmət edilməlidir. 

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor, dünyanın beşinci ən böyük iqtisadiyyatı, eləcə də BMT Təhlükəsizlik Şurasının, G7-nin, G20-nin və NATO-nun üzvü olaraq qalır: "Biz bu qruplara aid dövlətlər içərisində müdafiəyə ÜDM-in 2%-ni və xarici yardıma isə 0.7%-ni xərcləyən yeganə ölkəyik".

Səfir bildirib ki, Britaniya "Brexit"in ölkə biznesi və beynəlxalq tərəfdaşlar üçün səmərəliliyini təmin edəcək: "Böyük Britaniya biznes üçün açıqdır, inkişaf etməyə və çiçəklənməyə davam edir. Bu yeni başlanğıc Böyük Britaniyaya bir qlobal ticarət ölkəsi və açıq iqtisadiyyata sahib olan ölkə kimi parlaq gələcək formalaşdırmaq imkanı verir.

Əsrlər boyu xarici şirkətlər, xarici investorlar və ixtisaslı əcnəbi işçilər Böyük Britaniyaya gəlib və bu gün dünyada qabaqcıl iqtisadiyyatımızı qurmağa kömək ediblər. Və xarici ölkələrə qarşı bu cür yanaşma davam etdiriləcək.

Azərbaycanda ən iri xarici investor kimi biz gələcək illərdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi