Böyük Britaniyanın Azərbaycandakı səfirliyində terror aktı ilə əlaqədar dövlət bayrağı endirilib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində terror aktı ilə əlaqədar dövlət bayrağı endirilib Mayın 24 və 25-də səfirlikdə başsağlığı kitabı açılacaq
Xarici siyasət
23 May , 2017 15:27
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində terror aktı ilə əlaqədar dövlət bayrağı endirilib

Bakı. 23 may. REPORT.AZ/ Mançesterdə stadionda törədilən terror hücumu ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə "Report"a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Diplomatik missiyadan bildiblər ki, terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün səfirlikdə mayın 24 və 25-də, saat 10:00-12:00 və 14:00-16:00 arasında başsağlığı kitabı açılacaq.

Qeyd edək ki, mayın 22-də "Mançester arena"da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təqribən 60 nəfər yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi