Bakı. 4 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycana gəlib. "Report"un məlumatına görə, səfər çərçivəsində D.Lidinqton Böyük Britaniya və Azərbaycan arasında mövcud əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Səfər çərçivəsində D.Lidinqtonun Azərbaycanın prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, parlamentin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Devid Lidinqton həmçinin "ADA" Universitetində "Böyük Britaniyanın xarici siyasəti" mövzusunda mühazirə oxuyacaq.