Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq

Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq "Bu yaxınlarda Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq".
Xarici siyasət
23 Dekabr , 2021 13:46
Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq

"Bu yaxınlarda Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq".

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycana rəsmi səfərə gəlmiş həmkarımla görüş zamanı hər iki ölkənin qarşılıqlı olaraq səfirliklərinin açılmasına dair müzakirələr aparılıb: "Bununla yanaşı, pandemiyadan sonra turizm, humanitar, təhsil sahələrində ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək istiqamətində atılacaq addımlar müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi