Bolqarıstan prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Rosen Plevneliyevin Bakıya səfərində əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak etməkdir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.