Bolqarıstanın sabiq prezidenti: Ukraynadakı müharibə II Dünya Müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır

Bolqarıstanın sabiq prezidenti: Ukraynadakı müharibə II Dünya Müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır “Ukraynadakı müharibə İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır”.
Xarici siyasət
16 Mart , 2024 10:54
Bolqarıstanın sabiq prezidenti: Ukraynadakı müharibə II Dünya Müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır

“Ukraynadakı müharibə İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır”.

“Report” xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov deyib.

“Əslində Rusiya Avropa mədəniyyətində mühüm rol oynayır. Sadəcə Dostoyevskini, Tolstoyu, Çaykovskini və başqalarını xatırlayaq. Və təzadlı sual yaranır: Necə olur ki, Rusiya dünyaya belə zəngin mədəniyyət verə bilib, amma heç cür demokratik və azad cəmiyyət qura bilməyib?”, - o bildirib.

Sabiq prezidentin sözlərinə görə, bu gün bir çox Avropa dövlətləri Ukraynada müharibənin necə bitəcəyi ilə maraqlanır.

Son xəbərlər

Orphus sistemi