Yuxarı
    Bağlamaq

    Bolqarıstanın Ruse şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

    Şəhər meri: Biz qabaqcıl təcrübə və birgə təşəbbüslərin fəal mübadiləsi üçün açığıq

    Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstan Azərbaycan ilə xarici əlaqələrin möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında maraqlıdır. "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Ruse şəhərinin meri Plamen Stoilov məlumat verib.

    Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovla görüşən mer "biz qabaqcıl təcrübə və birgə təşəbbüslərin fəal mübadiləsi üçün açığıq" söyləyib. O, həmçinin Ruseni Azərbaycan şəhəri ilə qardaşlaşdırmaq istədiyini bildirib.

    Şəhər başçısı eyni zamanda şəhərin infrastruktur layihələrini təqdim edərək, bununla daha çox turist cəlb edə biləcəklərinə inandığını deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi