Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
297
29 Dekabr , 2020 19:45
Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Boyko Borisov və İlham Əliyev

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. İnanıram ki, ölkələrimiz və xalqlarımızın dostluq münasibətləri sayəsində Bolqarıstan ilə Azərbaycan arasındakı fəal təmaslar, səmərəli əməkdaşlıq dost dövlətlərimiz və xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi