Yuxarı

Bolqarıstanın baş naziri I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib

Boyko Borisovu Azərbaycan Xarici İşlər Nazirliyinin və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar

Bakı. 11 iyun. REPORT.AZ/ Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov “Bakı 2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi