Bakı. 4 fevral. REPORT.AZ/ Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya gələcək.
Bu barədə "Report"a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
O, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.
Qeyd edək ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının da qatılması gözlənilir.