Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Məntəqə saat 07:00-dan 19:00-dək fəaliyyət göstərəcək
Xarici siyasət
6 Mart , 2017 10:37
Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycandakı Bolqarıstan vətəndaşları martın 26-da keçiriləcək parlament seçkilərində iştirak edə biləcəklər.

Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar elə həmin tarixdə diplomatik nümayəndəlikdə seçki məntəqəsi açılacaq. Məntəqə saat 07:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Bolqarıstan vətəndaşları səs vermək üçün səfirliyin konsulluq bölməsinə (Hüseyn Cavid prospekti 13/520) gəlməlidirlər.

Son xəbərlər

Orphus sistemi