Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı foto-sərgi təşkil edilib

Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı foto-sərgi təşkil edilib 2022-ci il sentyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində açıq səma altında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı foto sərginin açılışı keçirilib.
Xarici siyasət
15 sentyabr 2022 15:47
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı foto-sərgi təşkil edilib

2022-ci il sentyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində açıq səma altında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı foto sərginin açılışı keçirilib.

"Report" xəbər verir ki, fotosərgi “Şuşa ili” çərçivəsində Sofiya şəhərinin mərkəzi parkında Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən birgə təşkil edilib.

Sərgi Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı adlandırılan Şuşa şəhərinin füsunkar təbiəti, zəngin mədəniyyət və incəsənət nümunələrini əks etdirən fotolardan ibarətdir.

Sərginin açılışında Bolqarıstan Respubliksında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli rəsmilər və media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən səfir Hüseyn Hüseynov Şuşanın tarixi barədə məlumat verərək, sərginin bu gözəl şəhərin Azərbaycan Qarabağ Xanlığının rəhbəri Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270-ci ildönümünə təsadüf etdiyini bildirib. Uzun illər Ermənistanın işğalı və dağıntılara məruz qalmış Şuşanın 2020-ci ildə azad edilməsindən sonra Azərbaycanın bu şəhəri yenidən dirçəltmək üçün böyük işlər gördüyünü, Prezident İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa ili” elan etdiyini söyləyib. Şuşa şəhərinin Azərbaycan mədəniyyəti və musiqisinin beşiyi kimi xalqımızın həyatında əvəzsiz yerə malik olduğunu qeyd edib.

Şəhər sakinləri və qonaqlarının böyük marağına səbəb olan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” sərgisi iki həftə davam edəcək.

Son xəbərlər

Orphus sistemi