Bolqarıstanın keçmiş prezidenti: "Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq"

Bolqarıstanın keçmiş prezidenti: "Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq" Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda dövlət başçılarının müraciətləri oxunub
Xarici siyasət
21 avqust 2017 06:28
Bolqarıstanın keçmiş prezidenti: Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq
Report.az

Bakı. 21 avqust. REPORT.AZ/ “Təcrübələri insanların məsləhətlərindən yararlanmalıyıq. Bu tədbir gənc iderlərə aiddir. Gənclərin liderlik tendensiyası artır. Bu, əsasən iqtisadiyyat üzrədir”.

“Report”un xəbərinə görə, bunu Qlobal Gənc Liderlər Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin deyib.

O bildirib ki, texnologiya inkişaf edir və bu inqilab 30 il bundan əvvəl baş verib: “Bu, bütün sahələri əhatə edir. Cəmiyyət inkişaf edib. Biz bir araya gəlməklə bəzi məsələləri həll etməliyik. Biz öz təcrübəmizi gənclərə ötürməliyik. Yeni dünyanın qurulmasında səylərimizi əsirgəməməliyik. Bununla qarşımızda duran məqsədlərə nail ola bilərik. Biz çalışmalıyıq ki, dünyada bərabərlik olsun, aclıq olmasın”.

Forumda Makedoniya Prezidenti Georgi İvanovun müraciəti oxunub. O, müraciətində gənc liderlərə dəstək verilməsinin vacib olduğunu vurğulayıb.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev çıxışı zamanı deyib ki, dünyada texnologiya inkişaf edir: “Biz tarixə baxmaqla örnək götürürük, hazırda dünyanın gələcəyi barədə düşünürük. Biz uğura yalnız gənc liderlərlə imza ata bilərik. Biz gənclər olmadan bu işin öhdəsindən gələ bilmərik. Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq”.

Ukraynanın sabiq prezidentinin həyat yoldaşı Katerina Yuşenko qeyd edib ki, yeni innovasiyalara diqqət yetirilməlidir: “Ukraynada bu istiqamətdə addımlar atılır. Biz dünyadakı ziddiyyətlərə qarşı mübarizə aparmalıyıq, kasıb ölkələrə yardım etməliyik. Bir neçə ölkə korrupsiyaya qarşı mübarizə aparır. Elektron hökumət bunların qarşısını alır”.

K.Yuşenko vurğulayıb ki, innovasiyaları bərabər, əl çatan etməliyik: “Biz bəzi çağırışlarla üzləşmişik. Düşünürük ki, köhnə nəsil kimi gənc nəsilə öz töhvəmizi verməliyik”.

Forumda Latviyanın sabiq prezidenti Valdis Zatlers çıxış edib. O, dünyanın inkişaf istiqamətlərindən söz açıb: “Gənclər çalışmalıdırlar, liderə çevrilməlidirlər. Biz təcrübəli insanları bir araya gətirməklə fikirlərimizi bölüşürük”.

Son xəbərlər

Orphus sistemi