Bolqarıstan Prezidenti: “Biz Cənub Qaz Dəhlizinə dəstək veririk”

Bolqarıstan Prezidenti: “Biz Cənub Qaz Dəhlizinə dəstək veririk” Rumen Radev: “Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır”
Xarici siyasət
13 Oktyabr , 2017 12:11
Bolqarıstan Prezidenti: “Biz Cənub Qaz Dəhlizinə dəstək veririk”
REUTERS/Stoyan Nenov

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk". 

"Report" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib. 

Rumen Radev deyib: "Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq".

Son xəbərlər

Orphus sistemi