Dövlət başçıları Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçıları Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 May , 2019 17:34
Dövlət başçıları Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı üçün ürəkdən gələn arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin davamlı olmasına marağını bir daha təsdiq etmək istərdim.

Əminəm ki, dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir. Çünki bu münasibətlər sabit zəminə – xalqlarımız arasındakı dostluq əlaqələrinə əsaslanır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selvadan və Mişel Muratori Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik".

Son xəbərlər

Orphus sistemi