"Bolqarıstan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında maraqlıdır"

"Bolqarıstan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında maraqlıdır" Azərbaycan ilə Bolqarıstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət
22 Aprel , 2015 21:18
Bolqarıstan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında maraqlıdır

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun bu ölkənin müdafiə naziri Nikolay Nençev ilə görüşündə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, E.Kərimov Azərbaycan ilə Bolqarıstan arasında sıx əlaqələrin mövcud olduğunu, son illər ərzində müxtəlif sahələrdə əməkdaşlığın daha sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın Bolqarıstanla bir sıra istiqamətlər üzrə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir müdafiə sahəsində də əməkdaşlığın perspektivlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu vurğulayıb. O, münaqişənin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükəli olduğunu vurğulayıb.

Ölkələrimiz arasında son dövrlər dinamik inkişaf edən əlaqələri yüksək qiymətləndirən N.Nençev müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında maraqlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi