Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb Boyko Borisov Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək
Xarici siyasət
15 Yanvar , 2018 09:53
Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bolqarıstanın Baş naziri Boyko Borisov bu gün Azərbaycana işgüzar səfərə gələcək.

"Report" Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, Bakıya səfər zamanı B.Borisovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq.

Yanvarın 16-da Bolqarıstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək.

B.Borisovun Bakıya səfəri həmin gün başa çatacaq və o, Strasburqa yola düşəcək.

Son xəbərlər

Orphus sistemi