Yuxarı

Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib

Bolqarıstan prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycan Respublikasına səfərə gəlib. “Report”un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Rosen Plevneliyevin Bakıya səfərində əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak etməkdir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi