Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları üçtərəfli görüş keçirəcəklər

Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları üçtərəfli görüş keçirəcəklər Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.
Xarici siyasət
16 Yanvar , 2025 17:29
Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları üçtərəfli görüş keçirəcəklər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.

“Report”un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Onun fikrincə, belə bir görüş üç ölkə arasındakı münasibətləri dərinləşdirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi