BMT Təhlükəsizlik Şurası münaqişələrin qarşısının alınmasına həsr olunmuş qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası münaqişələrin qarşısının alınmasına həsr olunmuş qətnamə qəbul edib BMT-də münaqişələri daha effektiv qarşısını almaq niyyətindədilər
Xarici siyasət
22 Avqust , 2014 10:52
BMT Təhlükəsizlik Şurası münaqişələrin qarşısının alınmasına həsr olunmuş qətnamə qəbul edib
Bakı. 22 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası münaqişələrin operativ və effektiv şəkildə qarşısını almaq üçün əlində olan bütün vasitələrdən istifadə etmək qətiyyətini təsdiqləyib. Report xəbər verir ki, bu barədə avqustun 21-də yekdilliklə qəbul edilən BMT Təhlükəsizlik Şurasının qətnaməsində deyilir. 

Şuranın iclasında çıxış edən BMT baş katibi Pan Gi Mun xatırladıb ki, Qəzza, Suriya, Cənubi Sudan, MAR və Ukraynada baş verən çoxsaylı böhranlar müasir münaqişələrin xarakterinin nə qədər dəyişdiyini və onların nə dərəcədə mürəkkəb olduğunu nümayiş etdirir. 

BMT rəhbəri əlavə edib ki, bu gün ən mühüm məsələ - Təhlükəsizlik Şurasında konsensusu mümkün qədər tez əldə etmək və müştərək tədbirlər görməkdən ibarətdir. 
Şura üzvləri öz qətnamələrində BMT-nin silahlı münaqişələrin, onların gərginləşməsinin və yayılmasının qarşısının alınmasında təşkilatın effektivliyini artırmağa hazır olduqlarını bildiriblər. Onlar yaranmaqda olan münaqişənin ilk siqnallarının müəyyən edilməsinin vacibliyini vurğulayıblar.

Şura üzvlərinin sözlərinə görə, münaqişələrin qarşısının alınması strategiyası erkən reaksiya, əməkdaşlıq, preventiv inkişaf, sülhün qorunması, silahsızlaşdırma və münaqişədən sonra quruculuq kimi elementlərdən ibarət olmalıdır. 
Bununla belə, BMT baş katibi ifadə edir ki, Təhlükəsizlik Şurasının əvvəlki müdaxilənin lehinə olan vahid mövqeyinə əsaslandığı zaman təşkilat tərəfindən edilən hətta ən kiçik addımlar böyük nəticələr verə bilər.

"Bütün dünyada milyonlarla insan beynəlxalq sülh və təhlükəsizliyi qorumaq öhdəliyinə malik yeganə qlobal orqanın qətiyyətli hərəkətlərinə ümid bəsləyir və arxalanırlar" - deyə,  Pan Gi Mun qeyd edib. 

Son xəbərlər

Orphus sistemi