BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi: "Bakıdakı Forum uğurla keçib"

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi: "Bakıdakı Forum uğurla keçib" "Forum bütün məqsədlərinə çatıb"
Xarici siyasət
27 Aprel , 2016 12:54
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi: Bakıdakı Forum uğurla keçib

Bakı. 27 aprel. REPORT.AZ/ "Bakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla keçib".

"Report" xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir mətbuat konfransında deyib.

O, BMT-nin Sivilizasiyalar Alyansına göstərdiyi dəstəyə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirərək, forumun bütün məqsədlərinə çatdığını qeyd edib.

Öz növbəsində, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun işində və təşkilindıə təxminən 6 min adamın, o cümlədən könüllülərin iştirak etdiyini bildirib. O vurğulayıb ki, bilavasitə forumda 1516 nəfər, o cümlədən dünyanın 120 ölkəsindən 705 rəsmi nümayəndə (səfirlər, nazirlər, baş nazirlər və dövlət başçılar səviyyəsində) iştirak edib. Nazirin sözlərinə görə, forum çərçivəsində 3 gün ərzində 41 tədbir təşkil edilib.

"Forum bütün məqsədlərinə çatıb. Forum çərçivəsində mühüm siyasi sənəd - mədəni anlaşma baxımından birlik əks etdirən Bakı bəyannaməsi qəbul edilib", - deyə Ə.Qarayev bildirib.

Son xəbərlər

Orphus sistemi