BMT rəsmisi: "Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil"

BMT rəsmisi: "Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil" "Dayanıqlı inkişaf münaqişələrin həllinə müsbət təsir göstərə biləcək"
Xarici siyasət
5 Aprel , 2018 10:59
BMT rəsmisi: Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil
BMT rəsmisi Miroslav Layçak / Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ "Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil".

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv olan ölkələrin xarici işlər nazirlərinin konfransında deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişaf münaqişələrin həllinə müsbət təsir göstərə biləcək, eləcə də post-münaqişə ölkələrinə investisiya axınlarını təmin etmək zəruridir.

"Bu gün varlılarla kasıblar arasında fərq böyüyür, insanların müharibəyə son qoymaqla bağlı çağırışları eşidilmir. Görünməz müharibə gedir. Bu problemlə mübarizə aparmaq üçün birləşmək lazımdır", - M.Layçak bildirib.

Son xəbərlər

Orphus sistemi