BMT rəsmisi: "Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nailiyyətlər qazanıb"

BMT rəsmisi: "Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nailiyyətlər qazanıb" Bütün dünya qarşısında duran iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı mübarizədə Azərbaycan mühüm nailiyyətlər qazanıb.
Xarici siyasət
22 Oktyabr , 2021 12:32
BMT rəsmisi: Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nailiyyətlər qazanıb

"Dünya qarşısında duran iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı mübarizədə Azərbaycan mühüm nailiyyətlər qazanıb".

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda iqlim dəyişikliyinə dair keçirilən tədbirdə bildirib.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da su ehtiyatları və s. məsələlərdə problemlər yaşandığını qeyd edən BMT təmsilçisi hökumətin iqlim dəyişikliyi ilə ortaya çıxan fəsadları aradan qaldırmaq üçün lazımi addımlar atdığını vurğulayıb.

O, iqlim dəyişikliyi probleminin artıq 30 ilə yaxındır gündəlikdə olduğunu, bu problemin yaratdığı fəsadları aradan qaldırmaq üçün 100 milyard dollar vəsaitin zəruri olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi