BMT nümayəndəliyinin rəhbəri: "Azərbaycan miqrasiya məsələlərinin həlli üzrə faydalı təcrübəyə malikdir"

BMT nümayəndəliyinin rəhbəri: "Azərbaycan miqrasiya məsələlərinin həlli üzrə faydalı təcrübəyə malikdir" "Dünyada müharibələr və təbii fəlakətlərin sayının artması miqrantların sayının çoxalmasına gətirib çıxarır"
Xarici siyasət
1 Fevral , 2016 10:47
BMT nümayəndəliyinin rəhbəri: Azərbaycan miqrasiya məsələlərinin həlli üzrə faydalı təcrübəyə malikdir

Bakı. 1 fevral. REPORT.AZ/ Dünyada hazırda təxminən 250 milyon miqrant var.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak məlumat verib.

"Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin təqdimatında çıxışı zamanı S.Aktoprak miqrasiyanın təbii proses olduğunu bildirib: "Dünyada müharibələr və təbii fəlakətlərin sayının artması miqrantların sayının çoxalmasına gətirib çıxarır".

Bununla yanaşı, o, son 16 il ərzində dünyada bir ölkədən başqasına keçmək istəyən təxminən 40 miqrantın öldüyünü də diqqətə çatdırıb.

S.Aktoprak, həmçinin dünyada böyüyən miqrasiya böhranının Azərbaycana da təsir göstərdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan miqrasiya məsələlərinin həlli üzrə faydalı təcrübəyə malikdir və başqa ölkələrlə bunu bölüşə bilər.

Eyni zamanda, BMT nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Avropa İttifaqı miqrasiya məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcək.

Son xəbərlər

Orphus sistemi