BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri Azərbaycanın fələstinli qaçqınlara göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib

BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri Azərbaycanın fələstinli qaçqınlara göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.
Xarici siyasət
24 Sentyabr , 2019 21:55
BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri Azərbaycanın fələstinli qaçqınlara göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi