BMT-nin yaradılmasının 70 illiyi Bakıda qeyd olunacaq

BMT-nin yaradılmasının 70 illiyi Bakıda qeyd olunacaq Yubiley tədbiri oktyabrın 23-də "ADA" Universitetində keçiriləcək
Xarici siyasət
21 Oktyabr , 2015 14:27
BMT-nin yaradılmasının 70 illiyi Bakıda qeyd olunacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ BMT-nin yaradılmasının 70 illiyi Bakıda qeyd olunacaq. 

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, yubiley tədbiri oktyabrın 23-də "ADA" Universitetində təşkil ediləcək.  

Tədbir BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Xarici İşlər Nazirliyi, digər hökumət tərəfdaşları və inkişaf partnyorlarının birgə təşkilatçılığı ilə keçirilir. 

BMT-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, bu tədbir qlobal tərəfdaşlığın, özündə 17 Dayanıqlı İnkişaf Məqsədlərini ehtiva edən və yeni təsdiq olunan 2030 Dayanıqlı İnkişaf Gündəliyinin müzakirəsi üçün ilk fürsət olacaq.

Tədbir, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərin Azərbaycanda həyata keçirilməsi və ölkənin beynəlxalq təhlükəsizliyinin möhkəmləndirilməsinə olan töhfələri, eləcə də qlobal dayanıqlı inkişafın təşviqinə həsr olunacaq.

Son xəbərlər

Orphus sistemi