BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salınıb

BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salınıb Bu xəbəri BMT-nin Azərbaycandakı ofisində təsdiqləyiblər
Xarici siyasət
21 Aprel , 2016 12:38
BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salınıb

Bakı. 21 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Munun Cənubi Qafqaza aprelin sonuna planlaşdırılan səfəri baş tutmayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik məlumat verib. 

"Baş katib regiona səfər etməyi çox istəyirdi, amma mühüm səbəblərə görə, həmin günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin vaxtına yenidən baxılacaq", - mətbuat katibliyindən bildiriblər.

Səfərin təxirə salınması ilə bağlı xəbəri BMT-nin Azərbaycandakı ofisindən də təsdiqləyiblər.

Qeyd edək ki, BMT baş katibi aprelin 25-dən 27-nə qədər Azərbaycan, Ermənistan və Gürcüstana ilk dəfə səfər etməyi planlaşdırırdı. Pan Gi Mun həmçinin Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək niyyətində idi.  

Son xəbərlər

Orphus sistemi