BMT-nin baş katibi Azərbaycan Prezidentini təbrik edib

BMT-nin baş katibi Azərbaycan Prezidentini təbrik edib “Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür”
Xarici siyasət
30 May , 2015 14:46
BMT-nin baş katibi Azərbaycan Prezidentini təbrik edib

Bakı. 30 may. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidentini 28 May – Respublika Günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünəməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.

Son xəbərlər

Orphus sistemi