Yuxarı

BMT-nin 2016-2017-ci illər üçün büdcəsi təsdiq edilib

Təsdiqlənmiş büdcəyə sülhməramlı əməliyyatların xərcləri daxil edilməyib

Bakı. 24 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası 2016-2017-ci illər üçün ümümdünya təşkilatının büdcəsini təsdiq edib. Növbəti iki il üçün büdcə 5,4 milyard dollar olacaq ki, bu da əvvəlki ikillik dövr üçün olan göstəricidən 2,3% azdır.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qətnamə Baş Assambleyanın plenar iclasında konsensus əsasında qəbul edilib.

Sənəddə əks olunan məlumata görə, məbləğin böyük hissəsi - 1,2 milyard dollardan çox - dünyanın müxtəlif yerlərində 12 missiya və nümayəndəliyi idarə edən BMT-nin Siyasi Məsələlər Departamentinin saxlanılmasına yönləndiriləcək.

Təsdiqlənmiş büdcəyə sülhməramlı əməliyyatların xərcləri daxil edilməyib. Cari maliyyə ilində - 20 iyun 2016-cı ilə qədər - bu məqsədlər üçün 8,27 milyard dollar ayrılmışdı.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi