BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstək verir

BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstək verir Ötən il ərzində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi 86 000 min nəfərə yaxın insanın mina riski barədə maarifləndirilməsini həyata keçirib.
Xarici siyasət
8 sentyabr 2022 08:49
BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstək verir

Ötən il ərzində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi 86 000 min nəfərə yaxın insanın mina riski barədə maarifləndirilməsini həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

"BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir. 2021-ci ildə fəaliyyətimiz nəticəsində, təxminən, 86 min nəfərin mina riskləri haqqında məlumatlılığı artırılıb, münaqişədən zərər çəkmiş 44 min nəfərə isə təcili yardım göstərilib", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi