BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rəhbəri Alessandra Rokkasalvo beynəlxalq təşkilat tərəfindən geri çağırılıb.
"Report"un diplomatik mənbədən əldə etdiyi məlumata görə, buna səbəb onun Azərbaycandakı fəaliyyət müddətinin başa çatması olub.
Qeyd edək ki, bundan əvvəl Alessandra Rokkasalvonun rəsmi Bakı üçün arzuolunmaz şəxs elan olunduğu və ölkəni tərk etdiyi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb.