BMT hesabatı: Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda lider ölkədir

BMT hesabatı: Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda lider ölkədir Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatı dərc olunub
Xarici siyasət
7 Sentyabr , 2016 10:25
BMT hesabatı: Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda lider ölkədir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi (4 126 - 12 475 ABŞ dolları) olan ölkələr sırasına daxildir.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.

Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri - Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sənəddə qeyd olunur ki, Rusiya - yüksək gəlir səviyyəsi, Ermənistan və Gürcüstan isə orta həddən aşağı gəlir səviyyəsi (1 046 - 4 125 dollar) olan ölkələr kateqoriyasında yer alıb.

Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil edilib.

Son xəbərlər

Orphus sistemi