Yuxarı

BMT: Dünya liderləri bu ilin Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəliyə dair razılıq əldə ediblər

Sənəd əsas beş prinsipi əhatə edir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Dünya liderləri bu ilin Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəliyə dair razılıq əldə ediblər. 

BMT-nin Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, sentyabrda qəbul ediləcək sənədə Azərbaycan da qoşulacaq. 

Yekun sənəddə yeni inkişaf gündəliyinin əsas məqsədi kimi yoxsulluğun aradan qaldırılması vurğulanır, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərinin inteqrasiyası əsas məsələ olaraq qoyulur.

Sənəddə formalaşan inkişaf sənədi bütün ölkələri, kasıb, zəngin və orta gəlirli təbəqələri fəaliyyətə çağırır. Yeni Gündəliyə dair razılıq "Beş P" insanlar, planet, firavanlıq, sülh və tərəfdaşlıq kimi prinsipləri əhatə edir.

Xatlrladaq ki, BMT-nin qəbul ediləcək Qlobal İnkişafla bağlı bu sənədi iki il ərzində üzv ölkələrdə hökumət, vətəndaş cəmiyyəti, çoxsaylı partnyorlar və adi insanlarla aparılmış milli məsləhətləşmələrin nəticələri əsasında hazırlanıb. Həmin milli məsləhətləşmələr 2013-2014-cü illərdə Azərbaycanda da keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi